"İRƏLİ" Təlim və Karyera Mərkəzi və "PsyLab-Psixologiya və Fərdi İnkişaf" Mərkəzinin birgə təşkil etdiyi "Psixologiya Akademiyası" layihəsinin açılış mərasimi keçirilib. SİA-nın xəbərinə görə, "İRƏLİ" Gənclik Mərkəzində baş tutan layihənin açılışında ilk olaraq 20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Açılış mərasiminə giriş nitqi ilə başlayan "İRƏLİ" Təlim və Karyera Mərkəzinin rəhbəri Nicat Hacızadə iştirakçılara uğurlar arzu edib. "Psixologiya Akademiyası" layihəsinin rəhbəri Fidan Ağayeva layihənin 5 ay müddətində davam edəcəyini, layihə çərçivəsində dəvət olunacaq ekspertlər, layihənin məqsədi haqda məlumat verib.
Qeyd edək ki, layihə çərçivəsində müxtəlif mövzuların müzakirəsi, filmlərin nümayişi, qrup terapiyası, seminar, təlimlər təşkil olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB