Vahid Əliyevin bu hərəkətini təqdir edənlər ona təşəkkür ediblər

Azərbaycan Prezidentinin müdafiə məsələləri üzrə köməkçisi general-leytenant Vahid Əliyev bu gün sosial şəbəkələrdə müzakirə mövzusu olub.

Generalın bir hərəkəti diqqətdən yayınmayıb və onu gündəmə gətirib. Belə ki, dünən dövlət rəsmiləri ilə birgə Şəhidlər Xiyabanını ziyarət edən Vahid Əliyevin dövlət himnini oxuyaraq müşaiət etməsi diqqətlərdən yayınmayıb.

Məhz bu incə nüans generalın sosial şəbəkələrdə gündəmə gəlməsinə səbəb olub. Generalın bu hərəkətini təqdir edənlər ona təşəkkür ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə