Bəzi kütləvi informasiya vasitələrində Şəki rayonunun Kiş kəndində güya AXCP fəalının döyülməsi haqqında uydurma və əsassız məlumatlar yayılıb. Şəki Şəhər İcra Hakimiyyətindən SİA-ya daxil olan məlumatda isə bildirilir ki, 18 yanvar 2013-cü il tarixdə saat 14:00-da Şəkinin Kiş kəndində əvvəlcədən təsdiq olunmuş cədvələ uyğun olaraq kənd icra nümayəndəsi Mürvət Yusifovun 2012-ci ilin yekunlarına dair hesabatı dinlənilib. Hesabat yığıncağında Şəki Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının tikinti-memarlıq şöbəsinin müdiri, baş memar Akif Nəsrullayev iştirak edib.
Hesabat məruzəsindən sonra kənd sakinlərinin məruzə ətrafında çıxışları dinlənilib. Yığıncaqda iştirak edən kənd sakini İsaqov Rasim Rəcəb oğlu iclasın gedişini pozaraq, aidiyyatı olmayan məsələlər tələb edib, daha sonra emosional şəkildə müxtəlif ünvanlara təhqiramiz ifadələr işlədib. Yusifov və yığıncaq iştirakçıları R.İsaqovu intizama dəvət edərək iclas zalını tərk etməyə çağırıblar. İsaqov isə yığıncaq zalını tərk etdikdən sonra icra nümayəndəsi və kənd sakinləri tərəfindən döyüldüyünü iddia edərək, Şəki Şəhər Rayon Polis İdarəsinə şikayət edib. Məlumat üçün bildiririk ki, kütləvi informasiya vasitələrində yazılan "faktlar" hesabat iclası zamanı çəkilmiş videolentdə öz əksini tapmır.
Bir daha bildiririk ki, bütün bu iddialar əsassız və uydurma məlumat olmaqla yanaşı, kimlərinsə öz ətrafında sensasiya yaratmaq məqsədi daşıyır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB