Qız Qalasında növbəti mərhələ

Qız Qalasında növbəti mərhələ

YUNESKO-nun "Dünya İrs Siyahısı"na daxil olan Qız Qalasının fasadında 2009-cu ildən başlanmış tammiqyaslı bərpa və muzey konservasiya işlərinin böyük hissəsi yerinə yetirilib.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən SİA-ya verilən məlumata görə, plana uyğun olaraq keçən ilin sonlarında abidənin daxilində başlanmış təmir-bərpa işləri bu il davam etdiriləcək.

Bununla əlaqədar, yanvar ayının 22-dən etibarən abidə ziyarətçilər üçün bağlanacaq. Qız Qalasında bərpa və konservasiya işlərinin 2013-cü ilin sentyabr ayında tam başa çatdırılması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə