Cəbhədə vəziyyət gərgindir

Erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan Respublikasının Noyemberyan rayonunun Berdavan və İcevan rayonunun Berkaber kəndlərində, Ağdam rayonunun işğal olunmuş Yusifcanlı, Sarıcalı və Qaraqaşlı, Tərtər rayonunun Göyarx və Çaylı, Füzuli rayonunun Horadiz, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozublar.

Müdafiə Nazirliyindən SİA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub.

Bütün xəbərlər Facebook səhifəmizdə