Qışın oğlan vaxtı ayaqlarımızı isti corab axtarır. Bu problemimizi həll etmək məqsədi ilə üz tutduq Qubanın ən hündür kəndinə. Uca dağlardan bizə gələn naxış, deyib kəndin yaşlı nənələrini axtarıb tapdıq.
Qubanın qarlı çovğunlu vaxtı əməkdaşımız Emin Kərimov Qubanın Qrız kəndinə qalxaraq işgüzar nənələrin axtarışına başlayıb. Müxbirimiz xəbər verir ki, ta qədimdən bu nənələr toxuculuqla məşqul olublar və kəndin ən yaşlı nənələridir. Onu da öyrəndik ki, bu işi həvəslə görürlər. Payız gələndən sonra kəndin bütün yaşlıları toxuculuqla əşğul olur, gənclərin də bu sənətə marağını artırırlar.
... Soyuq havada soraqlaşa-soraqlaşa Feyzurə Arazova, Aynisə Sultanova və Validə Mehtiyeva adlı nənələrin ünvanlarını taparaq onların qonağıı olduq. Ancaq marağlısı ondadır ki, bu nənələr kəndin ən qədim çeşnələrini toxuduqları corab və şətəllərə əks etdirirlər.
Ömrünü yun corab toxuyaraq keçirən nənələrin hələ də bu yaşa çatmasına özləri də inanmırlar.
BOnların dediyinə görə övlad, nəvə, nəticə və kötücə sahibləri olan yaşlı nənələr gün ərzində bir cüt corabı tez ərsəyə gətirərək qohumlara paylayırlar. Toxuduqları corabları həm özləri, həm də rayon və paytaxt, eləcə də turistlərə veriblər. Nənələr yaşlı olmasına baxmayaraq gözləri iti görür. Onlar yenə bu sənətdən əl çəkə bilmirlər. Hətta bir nənə corabla bərabər xalça da toxuyur.
Nənələr əməkdaşımıza sirli naxışlardan danışıblar. İsti ocaqın yanında əyləşib corab toxumağından və bayatılardan danışmaqı özünə və yaxınlarına ləzzət etdiyini bildirib. Qədim kənd dəniz səviyyəsindən 3000 metrdən yüksəklikdə yerləşir. Bu kənd öz dili ilə də məşhurdur. Nənələr özləri qoyun ipini əyirərək, corabları öz əyirdikləri iplərlə toxuyurlar. Çəhrə və daraq onların ən sevdiyi sənətdir.
Bu qədər corabları kimin üçün toxuyursunuz, deyəndə bildiriblər ki, yay fəsilində kəndimizə xaricidən qonaqlar gəlir, onlar üçün toxuyuruq. Həm də təzə gəlin köçən qızlara cehizlik veririk. Həm satış, həm də tanışlar üçün toxuduqlarını deyən nənələr bundan həzz aldıqlarını da bildiriblər. Bu sənət həm də qış aylarında nənələri bekar qalmağa qoymur. Onlar bu sənəti çox sevirlər. Nənə maraqlı fikir də söyləyib. Deyib ki, istəyirəm öləndən sonra toxuduğum corablar məni insanlara xatırlatsın, ayaqları isti qaldığı üçün Aynisə nənəyə rəhmət oxusunlar.
Beləcə, qışın soyuğundan, uca dağlar başında yaşayan nənələrin sehirli ilməsindən, naxışlarından ayrılaraq aşağıya, Qubaya üz tuturuq. Amma burnumuzda kəndin isti nəfəsi, nənələrin ilmələr vurduğu corabların bəzəkli naxışları gözümüzün önündən hələ də çəkilmir. Yenidən görüşmək arzusu ilə...
Emin Kərimov, Quba, Qrız kəndi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB