Sabah hava necə olacaq?

Bakıda və Abşeron yarımadasında havanın buludlu, arabir tutulacağı, yanvarın 20-dən 21-nə keçən gecə yarlmadanın bəzi yerlərində az yağıntılı olacağı ehtimalı vardır. Temperatur gecə 1-4° isti, günün birinci yarısında 7-11° isti olacaqdır.

Bakıda gecə 2-4° isti, gündüz 9-11° isti olacağı gözlənilir.

Atmosfer təzyiqi 764 millimetr civə sütunu təşkil edəcək, nisbi rütubət gecə 85-90 faiz , gündüz 55-65 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında gecə və axşam bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperaturun gecə 5-10°, dağlıq ərazilərdə 14-19° şaxta, gündüz 1-6° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı,Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən, Gədəbəy rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir.

Temperatur gecə 4-9° şaxta, gündüz 0-5° isti olacağı gözlənilir.

Qazax-Gəncə, Goranboy, Tərtər-Ağdam-Ağcabədi-Füzuli- Cəbrayıl rayonlarında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Balakən-Zaqatala-Qax-Şəki-Oğuz-Qəbələ, İsmayıllı-Şamaxı-Ağsu-Xızı, Siyəzən-Şabran, Quba-Qusar-Xaçmaz rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcək, ayrı-ayrı yerlərdə duman olacaqdır.

Temperatur gecə 0-5° şaxta,3°-dək isti, dağlarda gecə 5-10° şaxta, yüksək dağlıq ərazilərdə 15-20° şaxta, gündüz 0-5° isti olacaqdır.

Mərkəzi-Aran: Ağdaş, Mingəçevir, Yevlax, Kürdəmir, İmişli, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, gündüz havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Ayrı-ayrı-yerlərdə duman olacaqdır.

Temperatur gecə 1-6° isti, gündüz 7-12° isti olacaqdır.

Masallı-Lənkəran-Astara-Lerik və Yardımlı rayonlarında havanın gecə və səhər bəzi yerlərdə yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Gündüz əsasən yağmursuz keçəcəkdir.

Temperaturun gecə 1-4° isti, gündüz 6-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 4-9° isti olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə