20 Yanvar şəhidlərinin xatirəsi böyük ehtiramla anılıb. Yanvarın 20-də yüzlərlə şəhər sakini Hacıqabul şəhərindəki Şəhidlər xiyabanına gələrək Qanlı Yanvar şəhidlərini xatirəsinə ehtiramlarını göstərib, burada uyuyan 87 nəfər Qarabağ müharibəsi şəhidinin məzarı üstünə gül dəstələri düzüblər.
Mərasimdə çıxış edənlər 20 Yanvar faciəsinin tariximizin həm qanlı, həm də qəhrəmanlıq səhifəsinin olduğunu vurğulamış, xalqımızın azadlığı, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə Prezident İlham Əliyev tərəfindən daim xüsusi diqqət və qayğı göstərildiyini bildirmişlər.
Hacıqabul şəhər klubunda 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB