Amerikanın Con Hopkins Universitetinin professor və tələbə heyətinin təşəbbüsü ilə bir qrup nümayəndə heyəti Azərbaycana gəlib. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, nümayəndə heyətinin üzvləri Ağdam rayonunda olublar. Quzanlı qəsəbəsinə gələn qonaqlar rayon icra hakimiyyətinin başçısı ilə görüşüblər.
Qonaqlar mədəniyyət evində Qarabağın tarixi-mədəniyyət abidələri, işğaldan əvvəlki yaşayış məntəqələrinin sayı və həmçinin əslən qarabağlı olan dünya şöhrətli musiqiçilər haqqında geniş məlumatlar verilib. Daha sonra səfər iştirakçıları Quzanlıda yerləşən Ağdam Mədəniyyət Evinə gedərək "Ağdam Qafqaz Xirosiması və ruhlar şəhəri" filminə tamaşa ediblər.
Universitetin professoru Uilyam Zartman bildirib ki, bu səfərin əsas məqsədi Qarabağ müharibəsi ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinə çatdırmaqdır.
Qeyd edək ki, Con Hopkins Universitetindən gələn nümayəndə heyəti gələcəkdə Qarabağ həqiqətləri ilə bağlı kitab nəşr etdirəcəklərini bildiriblər.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB