20 yanvar faciəsi Bərdədə qeyd olunub. Rayon sakinləri səhər saatlarından başlayaraq şəhidlərin xatirə kompleksinə toplaşıb. Rayon ictimaiyyətnin nümayəndələri və rayon rəsmiləri şəhidlərin xatirəsini ehtiramla yad edib. Rayon icra başcısı Vidadi İsayev o qanlı günləri xatırladaraq Azərbaycan xalqının başına gətirilən müsibətlərdən, azğın sovet ordusunun günahsiz insanlara tutduğu divanlardan danışıb. Mərasimdə rayon məktəblilərinin hazırladıqları ədəbi-bədii kompozisiya nümayiş etdirilib.
20 Yanvar faciəsinin 23-cü ildönümü ilə bağlı Tərtər rayonunda tədbir keçirilib. Rayon sakinlərinin iştirak etdiyi tədbirdə tarixə qısa nəzər salınıb. Bildirilib ki, Azərbaycan xalqı zaman-zaman amansız soyqırımlara məruz qalıb. 20 yanvar faciəsi də tariximizə qara hərflərlə yazılan qanlı cinayətdir. 1990-cı il Yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu bir neçə istiqamətdən Bakıya daxil olaraq, dinc sakinləri güllə-boran edib. Qeyd olunub ki, sovet ordusunun bu vəhşiliyi hərbi cinayət kimi tarixə düşüb. Bununla belə 20 Yanvar faciəsi həm də xalqımzın qəhrəmanlıq səlnaməsidir.
20 yanvar şəhidləri həmçinin Füzulidədə yad edilib. Anım mərasiminə toplaşanlar ilk əvvəl müstəqilliyimizin əldə olunmasında müstəsna xidmətləri olan şəhidlərimizin ruhuna dualar oxunub. Daha sonra rayon ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin iştirakçıları 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış abidə-komplekslərin önünə gül-çiçək dəstələri düzüb, şəhidlərin əziz xatirəsini ehtiramla yad ediblər. Rayon icra başcısı Alı Alıyev çıxış edərək 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə qaniçən sovet imperiyası ordusunun Bakı şəhərində xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə həyata keçirdiyi qətliamın xalqımıza qarşı törədilmiş ən dəhşətli cinayət, eyni zamanda, bəşər tarixinin ən qanlı terror aktlarından biri olduğunu diqqətə çatdırıb.
Tədbirdə eyni zamanda qeyd olunub ki, 20 Yanvar Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi daxil olmuşdur. Həmin gün öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucalmışlar.
Şamxal Cəliloğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB