20 Yanvar faciə qurbanlarının 23-cü ildönümü – ümumxalq hüzn günü respublikamızın hər yerində olduğu kimi, Lənkəranda da böyük ehtiramla yad edilib. SİA-nın Cənub bürosunun verdiyi xəbərə görə, səhər saatlarından başlayaraq rayon sakinləri Şəhidlər Xiyabanına axın-axın gəliblər.
Öncə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov Şəhidlər Xatirə Kompleksinin önünə əklil qoyub.
Daha sonra ümumxalq ziyarəti başlanıb. Ziyarətə gələnlər – İcra Aparatının rəsmiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, habelə ictimaiyyətin nümayəndələri kompleksin önünə gül-çiçək dəstələri düzərək şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
Qeyd edək ki, həmin gün rayon ərazisində matəm əlaməti olaraq Azərbaycanın Dövlət Bayrağı endirilib. Bakı vaxtı ilə saat 12-00-da rayonun bütün ərazilərində şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, nəqliyyat vasitələrində səs siqnalları verilib.
Sərraf MİRSƏFƏROĞLU
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB