Metronu çirkləndirənlər cərimələnəcək

Metronu çirkləndirənlər cərimələnəcək

Bakı Metropoliteninin "28 May" stansiyasında yanvarın 21-dən başlanacaq təmir işləri sentyabrın 15-dək yekunlaşdırılması planlaşdırılır. SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib. Onun sözlərinə görə, metronun "Elmlər Akademiyası" stansiyasının ikinci çıxışı 2-2,5 il ərzində tikilərək istifadəyə veriləcək.

Metropoliten rəsisi metroda qapıların tutulub saxlanılması məsləsinə də aydınlıq gətirib: "Yanvarın 1-dən metroda qapıların tutulub saxlanılması ilə bağlı cərimələrin tətbiqinə başlanılıb. Eyni zamanda, İnzibati Xətalar Məcəlləsində əksini tapan maddələrə əsasən metroda siqaret çəkən, metronu zibilləyən şəxslər 35 manat cərimə olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə