Kəmaləddin Heydərov: “Bu məsələdə günahkar axtarmaq lazım deyil"

Kəmaləddin Heydərov: “Bu məsələdə günahkar axtarmaq lazım deyil"

"Çoxmərtəbəli binaları tikən elə şirkətlər var ki, bunu vətəndaşlara satır və çıxıb gedir. Bəs bu binalara digər xidmətləri kim göstərəcək?". SİA-nın xəbərinə görə, bunu fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov jurnalistlərə açıqlamasında deyib.

Qaz və digər zəruri təchizatların verilməsinin düzgün olmadığını vurğulayan nazir bu binaların təhvil alınmadığını da qeyd edib. K.Heydərov Bakı və digər böyük şəhərlərdə bir çox binaların dövlət aktı olmadan istismara verilməsi ilə bağlı Nazirlər Kabinetinə müraciət etdiklərini də bildirib: "Bu məsələdə günahkar axtarmaq lazım deyil. Bilirsiniz ki, əvvəllər binaları tikənlər evləri satır, əhali də alırdı. O vaxtlar da orderlər verilirdi. Əhalinin də günahı yoxdur. Bu məsələdən çıxış yolu olaraq belə binalarla bağlı dövlət aktlarının tərtib olunması planlaşdırılır. Təhvilalma məsələsi ilə təkcə Fövqəladə Hallar Nazirliyi məşğul olmur. Qaz, su, kanalizasiya - bunların hamısı bir yerdə dövlət aktları qəbul olunandan sonra binalara veriləcək. Mən əhalinin də narazılığını başa düşürəm. Amma bu məsələlərdə də qayda-qanun olmalıdır".

Ceyhun Eyyubov

Bütün xəbərlər Facebook səhifəmizdə