“İZMİR” restoranının müştəriləri od püksürdü REPORTAJ-FOTO

“İZMİR” restoranının müştəriləri od püksürdü REPORTAJ-FOTO

Son illər ölkəmizdə aparılan abadlıq və quruculuq işləri gözəlləşən Bakımızı daha da gözəl edib. Xüsusilə də paytaxt Bakının hər bir qıraq-bucağında insanların gözünü oxşayacaq xeyli sayda yeniliklərin şahidi ola bilərik. Bəlkə də elə məhz bunun nəticəsidir ki, hər il ölkəmizə gələn xarici turistlərin sayı da durmadan artır. Amma çox təəssüflər olsun ki, bəzən bu gözəlliyin, inkişafın üzərinə kölgə salacaq faktlar da gözdən yayınmır. Bu sözü əbəs yerə demirik. Çünki bəzən bizim və yaxud okenın o tayından gələn xarici turistərin ağız tamı ilə Azərbaycan yeməklərinin dadına baxması bəzən arzuolunmaz olur. Necə deyərlər, sən saydığını say, gör paytaxt Bakının bəzi restoranları nə sayır.

İndi sizə 2007-ci il oktyabr ayının əvvəllərində Bakının mərkəzində yeni salınmış Nizami küçəsi-68 ünvanında yerləşən "İZMİR" restoranından söhbət açacağıq. Restoranın adı ilk baxışdan insanı özünə cəlb etsə də amma daxilində hökm sürən, özbaşınalıq, səviyyəsizlik, qeyri-neqativ hallar bunu deməyə əsas vermir. Elə məhz bu gün həmin restoranda öz ailəsi ilə birgə nahar edən Elçin Əhmədov da buna oxşar neqativ halın iştirakçısı olub. E.Əhmədov redaksiyamıza müraciət edərək adı çəkilən restoranda baş verənləri məhz belə xarakterizə etdi: "İlk dəfə idi ki, həmin restoranda olurdum. Əvvəlcə ailəmlə birgə ora daxil olduqda hər şey öz qaydasında idi. Biz menyuya nəzər yetirdik və bir stəkan şirə və "Fastfood" sifariş verdik. Həmin şirə gəlincə, uşağın dili-dodağı belə qurumuşdu. Biz həmin xidmətçiyə deyəndə ki, bizim sifariş niyə gəlmədi, o isə cavabında dedi ki, əgər gözləyə bilmirsinizsə gedə bilərsiniz. Üstəlik bir saatdan sonra gələn "Fastfood"un tamı xoşagəlməz, keyfiyyətsiz idi. Yemək mənə çox pis təsir etdiyindən dərhal həkimə mürəciət etdim. Həkimin diaqnozu isə belə oldu. Sizin yediyiniz yemək köhnə imiş"..

Biz də E.Əhmədovun dediklərini əsas götürərək çəkiliş qrupu ilə bərabər yollandıq deyilən əraziyə, yəni "İZMİR" restoranına. Bizi qapıda qarşılayan və heç içəri daxil olmağımıza imkan verməyən restoranın Həsən adlı administratoru oldu. Biz həmin insana burada baş verənləri xatırladaraq çəkiliş aparmaq istədiyimizi bildirdik. Onun isə bizə cavabı belə oldu: "Restoranın müdiriyyəti yerində olmadığı üşün buna icazə verə bilmərəm".

Bir sözlə restoranın administratoru bizim öz işimizi sərbəst şəkildə görmək imkanımızı əlimizdən aldı. Müştəri ilə bağlı məsələyə gəlincə isə o bizə izah etməyə çalışdı ki, biz sadəcə, sifariş verən müştəriyə işimizin çox olduğu üçün gözləməsini demişik: "E.Əhmıdovun zəhərlənməsi faktını isə indi eşidirəm. Əgər belə fakt varsa, mən restoranın işçilərini biraraya yığıb lazımi ölçüləri götürəcəm".

Deyəsən, Həsən adlı şəxs hələ də undurur ki, bizim ictimai yerlərdə şəkiliş aparmaq hüququmuz vardır. Hesab etsək ki, biz bura vətəndaşın şikayəti əsasında gəlmişik, onda hörmətli restoran işçisi bizim üçün lazımi şərait yaratmalı idi. Bunun əvəzinə o burada baş verənləri ört-bastır etməkdən belə çəkinmədi.

Biz də "dostundan qalma geri" deyərək, restorandan çıxan müştəriləri sorğu-sual etməyə başladıq. Onların cavabı isə heç də ürəkaçan olmadı.

Şəhər sakini Elvin Fərəcov:

- İlk dəfədir ki, "İzmir" restoranında olurdum. Bura görünüş və ad baxımından diqqətimi cəlb etdi. Ancaq gördüklərim qarşısında özüm də təəccübləndim. Belə bir məkanda bu cür xidmət və keyfiyyəti təsəvvür belə edə bilməzdim. Ümumiyyətlə, restoran istər yeməklərin keyfiyyəti, istərsə də xidmət baxımından çox bərbad vəziyyətdədir. Bir sözlə hər şey sıfır vəziyyətindədir.

Şəhər sakini Turqan Mürsəlov:

- Bir neçə dəfə "İzmir" restoranında olmuşam. Ancaq əvvəllər tamam başqa idi. Bu gün də sevgilimlə nahar etmək qərarına gəldik. Ancaq restoran əvvəlki kimi deyil. Təsəvvür edin ki, 35 dəqiqə gözlədik ancaq bir "lahmacun" süfrəyə gəlmək bilmədi ki, bilmədi. İnanın ki, xanımın yanında üzü qara oldum. İndi məcburən başqa yerə getməli olacağıq. Ümumən şəhərin mərkəzində belə hadisə ilə qarşılaşacağım ağlıma belə gəlməzdi.

Şəhər sakini Lətifə Baxşəliyeva:

- Həqiqətən də dostum düz deyir. Mən ilk dəfə idi ki, bu restoranda olurdum. Ən əsası isə paytaxt Bakının mərkəzində bu səviyyədə xidmət göstərən restoran mənə çox utancverici oldu. Hər halda inanırıq ki, aidiyyatı qurumlar bizim bütün dediklərimi və çəkdiklərimiz nəzərə alaraq lazımi ölçülərini göstərəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə