Tələbə-tədqiqatçılarla görüş keçirilib FOTO

Tələbə-tədqiqatçılarla görüş keçirilib FOTO

Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcmasının mərkəzi qərargahında Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin təşkilatçılığı ilə ABŞ-ın Con Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin (SAIS) professorları Vilyam Zartman və Filip Terrens Hopman, eləcə də universitetin Münaqişələrin İdarəedilməsi Proqramının 16 nəfər tələbə-tədqiqatçısı, İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov və Dağlıq Qarabağın Azərbaycanlı İcmasının digər əməkdaşları ilə görüşüb. SİA-nın məlumatıan görə, qonaqları salamlayan İcmanın əlaqələndirmə şurasının sədri Orxan Əkbərov tədqiqatçılara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bu günki vəziyyəti və İcmanın problemin həlli istiqamətində gördüyü işlər və qarşıya qoyulmuş vəzifələr barədə məlumat verib. Konfliktin həlli ilə bağlı iyirmi ildir ki, cəhdlər edən beynəlxalq qurumların ikili standartlara yol verdiyini və konfliktin həllində qətiyyətli mövqe göstərmələrinin zəruriliyini görüş iştirakçılarının diqqətinə çatdıran Orxan Əkbərov bu konfliktin yalnız Azərbaycanın ərazi bütövlüyünün təmin olunması şərti ilə həll oluna biləcəyini xüsusi qeyd edib.
Tədqiqatçıları maraqlandıran məsələlərin əsasını konfliktin həll olunacağı təqdirdə erməni və Azərbaycanlı icmasının nümayəndələrinin birgə yaşaya bilməsi və gənc nəslin bu prosesə münasibəti olub ki, mövzu ətrafında fikirlərini bildirən Orxan Əkvbərov Azərbaycan xalqının çox tolerant bir xalq olduğunu bildirərək qeyd edib ki, münaqişənin başlamasından və Azərbaycan torpaqları işğal olunmamışdan öncə ermənilər bizim tarixi torpaqlarımızda bizimlə birgə yaşamışdırlar və o zaman ermənilərin yaxşı yaşaya bilmələri üçün hər cür şəraitləri var idi. Bugün də bu münaqişənin həll olunmasından sonra biz erməni icmasına Dağlıq Qarabağda həmin şəraiti yaradacağıq. Bunu gənc nəsil də bilir və onlar konfliktin tez bir zamanda dinc yolla həll olunmasının, məcburi köçkünlərin öz doğma yurdlarına qayıtmalarının tərəfdarlarıdırlar.
Tədbirin davamı olaraq ABŞ-dan gəlmiş nümayəndə heyəti Şuşadan məcburi köçkün düşmüş insanların kompakt yaşadığı Ramana qəsəbəsinə səfərləri təşkil olunub.

""

Bütün xəbərlər Facebook səhifəmizdə