Bu gün Almaniyanın Frankfurt şəhərində Dünya Azərbaycanlıları Konqresi (DAK) İdarə Heyətinin növbəti toplantısı öz işinə başlayıb. SİA-nın məlumatına görə, yığıncağa DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firidun Pərvizniya rəhbərlik edir. Toplantıda DAK Nəzarət-Təftiş Komissiyasının üzvləri də iştirak edirlər. Yığıncaqda Güney Azərbaycandakı son durum, Gülüstan müqaviləsinin 200 illiyi, İraqdakı türkmənlərin vəziyyəti, həmçinin Suriyadakı türklərin durumu müzakirə edilir. Toplantının sonunda DAK-Güney Azərbaycanla bağlı BMT baş katibi Pan Gi Muna, dünya ictimaiyyətinə müraciət ünvanlayacaq, Urmiya gölü, həmçinin Qərbi Azərbaycandan (Ermənistan) öz doğma yurd-yuvalarında qovulmuş azərbaycanlılarla bağlı bəyanat verəcək.
Qeyd edək ki, DAK İdarə Heyətinin iclasından əvvəl Almaniyanın Frankfurt şəhərində 20 Yanvar faciəsinin 23-cü ildönümü də qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB