Bu gün Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında olan bir qrup gənc Şəhidlər Xiyabanında "Şəhidlər ölməz!!!" adlı fləşmob keçirilib.
SİA-nın xəbərinə görə, tədbir 1990-cı il 20 Yanvar günü müstəqilliyimiz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr edilib.
Təşkil olunan fləşmobda üzərlərinə 20 Yanvar günündə şəhid olmuş insanların şəkilləri olan gənclər yürüş ediblər. Yürüş iştirakçıları Əbədi Məşəl önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin mövqeyini bəyan ediblər.
Qeyd edək ki, Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm partiya sıralarında olan gənclər, həm də digər gənclərimiz üçün öz əhəmiyyəti baxımından seçilir.
Ceyhun Eyyubov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB