"Urmiya gölü quruyarsa, İranın dörddə bir hissəsində toz və duz fırtınaları baş verəcək. Urmiya gölünun quruması ilə İranın Mazandaran, Gilan, Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil, Tehran, Qəzvin və bəzi digər əyalətlərdə ekoloji fəlakət olacaq". SİA-nın İRNA agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Okeanoqrafiya Milli İnstitutunun prezidenti Vəhid Çegini deyib.
Çegini onu da əlavə edib ki, quraqlıqlar Urmiya gölünün suyunun azalmasında böyük rol oynayıb.
Qeyd edək ki, rəsmi statistikalara əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB