Güclü külək Daşkəsəndə bir sıra fəsadlar yaradıb

Güclü külək Daşkəsəndə bir sıra fəsadlar yaradıb

Daşkəsən rayonunda əsən külək bir sıra ciddi fəsadlar yaradıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, külək nəticəsində rayonda sakinlərin mənzilərinin inzibati binaların dam örtüyü dağılıb. Elektrik enerjisinin verilməsində fasilələr yaranıb. Həmçinin 320 kv-luq elektirk qurğusu sıradan çıxması nəticəsində rayonun Xoşbulaq, Dəstəfur, Zəylik və Əmirvar istiqamətində elektrik enerjisini verilişi dayanıb.

Hazırda isə rayonun kəndəlrində elektrik enerjisinin bərpa edilməsi istiqamətində işlər həyata keçirilir. Bir neçə kənddə artıq elektrik enerjisi bərpa edilib. Hətta qarın cülcü yağması nəticəsində insanlar çovğuna düşüblər.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə