Zəhra Quliyevanın 90 illik yubileyi keçirilib

Zəhra Quliyevanın 90 illik yubileyi keçirilib

Bu gün Tibb Universitetində tanınmış oftalmoloq alim Zəhra Quliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, ATU-nun rektoru Əhliman Əmiraslanov bildirb ki, Zəhra Quliyeva Tibb Universitetinin inkişafında, həmçinin kadr potensialının hazırlanmasında mühüm rol oynayıb: "Zəhra xanım 11 il Universitetimizin rəhbəri olub, Azərbaycan Oftalmoloqları Elmi Cəmiyyətinin sədri vəzifələrində çalışıb. Onun 150-dən artıq elmi işi, 3 monoqrafiyası, dərslik və bir neçə dərs vəsaiti işıq üzü görüb".

Tədbirdə çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib ki, şərəfli ömür yaşamış Zəhra Quliyeva Azərbaycanda tibb elminin inkişafına tövhələr verib: "Zəhra xanım Azərbaycan qadın hərəkatının liderlərindən biri olub. Bununla yanaşı o, indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin varisi olduğu Qadın Problemləri üzrə Dövlət Komitəsinin ilk sədri olub. Onun sözlərinə görə, Zəhra Quliyeva keçmiş SSRİ-nin "Şərəf" nişanı, "Qırmızı Əmək Bayrağı" və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatları, o cümlədən "Şərəf" ordeni ilə təltif olunub.

Daha sonra Milli Məclis sədrinin müavini Bahar Muradova bildirib ki, Zərifə Quliyeva elmi, siyasi və digər sahələrdə fəaliyyət göstərən və uğur qazanan insanlardan biri olub. O bunlarla yanaşı həm də dövlətinin əsl vətəndaş kimi sevirdi və Zəhra xanım bunu öz fəaliyyətində də əks etdirirdi.

Bütün xəbərlər Facebook səhifəmizdə