Zəhra Quliyevanın 90 illik yubileyi keçirilib

Zəhra Quliyevanın 90 illik yubileyi keçirilib

Bu gün Tibb Universitetində tanınmış oftalmoloq alim Zəhra Quliyevanın 90 illik yubileyinə həsr olunmuş konfrans keçirilib. SİA-nın xəbərinə görə, görkəmli ictimai xadim, oftalmoloq-alim Zəhra Quliyevanın 90 yaşı tamam olur. Azərbaycan qadın hərəkatının liderlərindən biri olan Zəhra Quliyeva uzun illər Azərbaycan Tibb Universitetinin rektoru, habelə indiki Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin varisi olduğu Qadın Problemləri üzrə Dövlət komitəsinin ilk sədri olub.

Keçmiş SSRİ-nin və müstəqil Azərbaycanın bir sıra yüksək dövlət mükafatları, orden-medalları ilə təltif olunan Zəhra xanımın adı və əməlləri onun ardıcıllarının, yetirmələrinin və Zəhra Quliyevanı sevənlərin yaddaşında əbədi iz qoyub.

Nərmin Nəsirli

Bütün xəbərlər Facebook səhifəmizdə