SAM-ın nümayəndələri Çinə səfər edəcək

SAM-ın nümayəndələri Çinə səfər edəcək

19 - 23 Yanvar 2013-cü il tarixlərində SAM-ın direktoru Fərhad Məmmədov və Xarici siyasət məsələlərinin təhlili şöbəsinin aparıcı elmi işçisi Rəşad Kərimov Pekin şəhərinə səfər edəcək. SAM-dan SİA-ya verilən məlumata görə, səfərin məqsədi Çin Xalq Respublikasının (ÇXR) nüfuzlu beyin mərkəzlərindən biri olan ÇXR-in Müasir Beynəlxalq Münasibətlər Akademiyası ilə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) arasında əməkdaşlığa dair memorandum imzalamaqdır.

Qeyd edək ki, səfər çərçivəsində ÇXR-in Sosial Elmlər Akademiyası yanında Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya İnstitutunun rəhbəri, ÇXR-in Dövlət Şurasının İnkişaf Araşdırma Mərkəzi yanında Avropa-Asiya Sosial İnkişafı Araşdırma İnstitutunun rəhbəri və ÇXR-in Xarici İşlər Nazirliyinin Avropa və Mərkəzi Asiya İdarəsinin rəisi və Çinin digər tanınmış elm adamları ilə görüşləri və CCTV-nin rusdilli kanalına müsahibə nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə