Suriyadan qaçan ermənilər Zəngilana köçürülür

Suriyadan qaçan ermənilər Zəngilana köçürülür

Suriyada vətəndaş müharibəsi başlanandan burada yaşayan ermənilər həmişə olduğu kimi, bu dəfə də nisbətən sakit, təhlükəsiz yerlər axtarmağa başlayıblar. Vətənsiz ermənilər Ermənistan rəhbərlərinin yalan vədlərinə inanaraq ermənilərini işğal etdikləri Azərbaycan torpaqlarına yerləşdirməkdədirlər. Beynəlxalq təşkilatların, xüsusən də ATƏT-in faktaraşdırıcı missiyasının üzvlərinə heç bir köçürülmənin olmadığını desələr də Ermənistan rəhbərliyi öz çirkin niyyətlərini həyata keçirməkdə israrlı görünürlər. Belə ki, artıq yüzlərlə erməni ailəsi Azərbaycanın işğal olunmuş ərazilərində məskunlaşdırılıblar. Bunu əldə edilmiş dəqiq məlumatlar da təsdiq edir.

Azərbaycan tərəfinin sabah bu yerlərə yenidən nəzarət edəcəklərini göz önünə almayan Sarkisyan hakimiyyəti həmin yerlərdə məskunlaşan ermənilərin sonrakı taleyindən spekulyasiya elementi kimi istifadə etməyi də düşünürlər. Daha doğrusu Ermənistan hakimiyyəti onları güdaza verməyi də göz önünə almış kimi görünürlər. Təki Azərbaycan tərəfini də soyqırımında, "işğalda" ittiham edə bilsinlər.

Budur, aldığımız xəbərə görə, Suriyadan qaçan daha 200 erməni qaçqın işğal altındakı Zəngilan rayonuna yerləşdirilib. Faktı "yerkramas.org" saytı da təsdiqləyib. Verilən xəbərə görə, köçkünlərə ev tikintisi və kənd təsərrüfatı işləri üçün kredit verilib. Onların çoxu ermənicə bilmir və ərəbcə danışırlar. Erməni dilini bilməyən məktəblilər üçün yerli məktəbdə dərnək yaradılıb.

Xatırladaq ki, Azərbaycan işğal olunmuş ərazilərdəki məskunlaşdırma siyasətinə kəskin etiraz edir və bu məsələni dəfələrlə beynəlxalq təşkilatlarda və toplantılarda qaldırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə