Öd kisəsindəki problemlər səbəbiylə dünən Amerika xəstəxanasında müalicə alan Mehmet Əli Birandın beyininin fəaliyyətinin tamamilə dayandığı iddia edilib. SİA-nın xarixi mətbuata istinadən verdiyi məlumata əsasən xəstəxananın həkimləri dünən verdiyi açıqlamada Birandın öd yollarında problem olduğu və bu səbəbdən də nəzarət altında olduğunu qeyd ediblər.
Lakin yayılan məlumatlarda Kanal D Haber Qrupunun rəhbəri olan Birandın öldüyü iddia edilib. Bu xəbər demək olar ki, bütün Türkiyəni şoka salıb. Bu gün isə Mehmet Ali Birandın oğlu Umur Birand sosial şəbəkələrində birində atasının ölmədiyini, reanimasiyada olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB