Yeni Azərbaycan Partiyası Quba rayon təşkilatının yaradılmasının 20-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Mərkəzində yubiley tədbiri keçirilib. SİA-nın məlumatına görə, tədbirdə Quba RİH başçısı, YAP Quba rayon təşkilatının İdarə Heyətinin üzvü Mübariz Ağayev, YAP Quba rayon təşkilatının çox saylı üzvləri, rayonun hüquq-mühafizə orqanlarının , idarə və müəssisələrin rəhbərləri iştirak ediblər.
Tədbir Heydər Əliyev abidəsinin ziyarət edilməsi, abidə önünə əklillər, gül- çiçək dəstələrinin qoyulması və ümummilli liderin əziz xatirəsinin bir sükutla yad edilməsi ilə başlayıb.
Sonra YAP Quba rayon təşkilatının sədri Ədalət Nəbiyev çıxış edərək qeyd edib ki, Yeni Azərbaycan Partiyasının yaradılmasının tarixi ilə Quba rayon təşkilatının yaradılması ili və tarixləri arasında çox az zaman kəsiyi olub. Yeni Azərbaycan Partiyası Naxçıvan şəhərində təsis edildikdən sonra bunu dəstəkləyən və səs verənlər sırasında Quba ziyalıları da olub. Həmin dövrdə rayonda Xalq Cəbhəsinin meydan suladığı bir vaxtda Quba ziyalıları təqiblərdən və təzyiqlərdən çəkinməyərək partiyanın rayon təşkilatının yaradılmasına hazırlıq işlərini görməyə başlayıb və 1992-ci ilin dekabrında təşəbbüs qrupu yaranıb. Sədr bildirib ki, 1993-cü ilin yanvar ayının 16-da Respublika rayonları arasında 2- ci olaraq rayonda təsis konfransı keçirilərək Yeni Azərbaycan Partiyasının Quba rayon təşkilatı yaradılıb. Hal-hazırda YAP Quba rayon təşkilatı öz ətrafında sağlam düşüncəli, partiyanın amalına sədaqətli, möhkəm əqidəli, Cənab Prezidentin daxili və xarici siyasətini dərindən başa düşən, onu ürəkdən bəyənən və dəstəkləyən 5673 nəfər partiya üzvünü öz ətrafında birləşdirib.
Sonra YAP Quba rayon təşkilatının yaradılmasının 20-ci ildönümü ilə əlaqədar çıxışlara başlanılıb.
Çıxış edən YAP Quba rayon təşkilatı aparatının rəhbəri Hüseyn Kərimov, YAP Quba rayon təşkilatı İdarə Heyətinin üzvü Həsən Günəşli, Hüseynağa Baxışov, Elza Orucova, Quba RİH başçısı Cənab Mübariz Ağayev çıxış edərək partiyanın yaranmasından, keçdiyi şərəfli yoldan danışıblar.
Sonra bir qrup partiya sıralarına yeni qəbul edilmiş üzvlərə partiya vəsiqələri təqdim edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB