Keçmiş döyüşçülər Tərtərdə bir araya gəldilər

Keçmiş döyüşçülər Tərtərdə bir araya gəldilər

Tərtərdə Milli Qəhrəman Elman Hüseynovun anım günü qeyd olunub. SİA-nın Qarabağ bürosunun verdiyi xəbərə görə, Tərtərdə keçirilən anım tədbirində qəhramanın rayon mərkəzində ucaldılan büstü ziyarət edilib. Şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başalayan mərasimdə Elman Hüseynovun döyüş yoldaşları, yaxınları ilə yanaşı icra strukturlarının nümayəndələri və ictimaiyyət üzvləri iştirak edib.

Çıxış edənlər Azərbaycanın Milli Qəhramanı Elman Hüseynovun döyüş yolundan söz açaraq onu igid komandir kimi yaddaşlarda qaldığından danışıblar. Məlumat verilib ki, Elman Hüseynov Tərtər-Ağdərə istiqamətində aparılan döyüşlərdə dəfələrlə şücaət göstərərək, qarşı tərəfin xeyli canlı qüvvəsini və texnikasını məhv edib.

Tədbirdə həmçinin məktəblilərin hazırladıqları ədəbi-bədii kompozisiyada nümayiş etdirilib. Qəhrəmanın döyüş yoldaşları şəhidlərin xatirəsinin hər zaman uca tutulacağını bildiriblər.

Qeyd edək ki, Azərbaycanın Milli Qəhrəmanı Elman Hüseynov 1993-cü ilin yanvar ayında Vəng yüksəkliyi uğrunda döyüşlərdə şəhid olub.

Şamxal Cəliloğlu

Bütün xəbərlər Facebook səhifəmizdə