Xalqımızın yaddaşında qanlı iz buraxmış 20 Yanvar faciəsinin ildönümü münasibətilə Azərbaycan Respublikasının Küveyt Dövlətindəki səfirliyi tərəfindən aşağıdakı silsilə tədbirlər həyata keçiriləcək.
SİA-nın məlumatıan görə, 20 yanvar 2013-cü il tarixində Səfirliyin, Küveytdə yaşayan və işləyən Azərbaycan Respublikası vətəndaşlarını özündə birləşdirən "Vətənsevər" dostluq cəmiyyətinin, eyni zamanda "Kuveyt-Azəri" müştərək şirkətinin təşkilatçılığı ilə səfirliyin əməkdaşları, Azərbaycan, Türk, İran və digər ölkələrin diaspora təşkilatlarının nümayəndələri, Küveyt vətəndaşları, ictimai-siyasi xadimləri, bir-sıra millət vəkilləri və KİV nümayəndələrinin iştirakı ilə faciəyə həsr olunmuş anım mərasimi keçiriləcək.
Səfirliyin təşəbbüsü və yardımı ilə ərəb dilində hazırlanıb, çoxaldılmış "20 Yanvar" foto-albomu və faciəni əyani şəkildə özündə əks etdirən sənədli filmin ərəb dilində CD variantı, səfirliyin press-relizi Küveytin dövlət, hökumət qurumlarına, Parlamentinə, ölkədə fəaliyyət göstərən ictimai təşkilatlara və kütləvi informasiya vasitələrinə göndəriləcək.
Səfirlikdə həmçinin "20 yanvar" faciəsini özündə əks etdirən foto-sərgi təşkil olunacaq, sərgi zamanı faciə haqqında film və kitablar nümayiş etdiriləcək.
Qeyd edək ki, Küveyt KİV-də 20 Yanvar faciəsi ilə əlaqədar məqalələr dərc etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB