VI “Liderlik Məktəbi” başladı

VI “Liderlik Məktəbi” başladı

Ölkənin ən böyük tələbə təşkilatı olan Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) özünün ən böyük layihəsi olan "Liderlik Məktəbi"ni yeni formatda tələbə-gənclərə təqdim edir. ATGTİ-dən SİA-ya verilən məlumata görə, VI "Liderlik Məktəbi" – "Qış Parlamenti" cari ilin 8 – 14 fevral tarixlərində keçiriləcək. Parlament formatına uyğun reallaşdırılacaq layihədə yalnız I və II kurs tələbələri olmaqla, ümumilikdə 125 tələbə - gənc iştirak edəcək.

Qeyd edək ki, VI "Liderlik Məktəbi" – "Qış Parlamenti"nə ərizə qəbulu 16 yanvar tarixindən etibarən ATGTİ-nin rəsmi saytı http://atgti.az/offer/20130116075700995.html başlayıb. Ərizələr 1 fevral tarixinədək qəbul olunacaq. Öncəki "Liderlik Məktəb"lərində olduğu kimi bu dəfə də iştirakçıların seçimi 2 mərhələdən ibarət olacaq. Birinci mərhələdə gənclər uğurlu motevasiya məktubuna əsasən seçiləcək, ikinci mərhələdə isə uğurlu motevasiya sahibləri müsahibəyə çağırılacaqlar.

"Qış Parlamenti" çərçivəsində tələbə - gənclər komandalara yox, müxtəlif komitələrdə bir araya gələrək təlimlərə qatılacaq, millət vəkilləri, dövlət nümayəndələri, tanınmış ictimai – siyasi xadimlərlə görüşəcəklər. "Qış Parlamenti"nin sonunda isə hər bir komitə öz baza prinsiplərinə uyğun layihələr yazıb, onları təqdim edəcək. Məlumat üçün bildirək ki, bu layihə ərzində tələbə-gənclərdən əldə olunmuş yeni ideyaların, təklif və yeni layihələrin daha sonra ATGTİ xətti ilə Milli Məclisin bu və ya digər komitəsinə təqdim olunması nəzərdə tutulub.
2010-cu ildən eitbarən ATGTİ tərəfindən ildə 2 dəfə reallaşdırılan bu layihənin məzunlarının sayı 600-ü ötüb. Layihənin məzunlarının bir hissəsi hazırda TGT sədrləri, beynəlxalq qurumların əməkdaşları, özəl şirkətlərin işçiləridirlər. Onların bir çoxu ölkəmizi beynəlxalq müstəvidə uğurla təmsil edir.

Qeyd edək ki, layihə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə