Azərbaycanda ən böyük gənclər ordusunu öz ətrafında biləşdirən Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi mütəmadi olaraq müxtəlif layihələr həyata keçirir. Bu layihələr həm partiya sıralarında olan gənclər, həm də digər gənclərimiz üçün öz əhəmiyyəti baxımından seçilir. SİA-nın məlumatına görə, YAP Gənclər Birliyinin həyata keçirəcəyi növbəti tədbir 20 Yanvar 1990-cı ildə müstəqilliyimiz uğrunda şəhid olmuş həmvətənlərimizin xatirəsinə həsr edilib.
Belə ki, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sıralarında olan bir qrup gənc Şəhidlər Xiyabanında "Şəhidlər ölməz!!!" adlı fləşmob keçirməyi planlaşdırır. Fləşmobda üzərlərinə 20 Yanvar günündə şəhid olmuş insanların şəkilləri olan gənclər yürüş edəcək və Əbədi Məşəl önündə maraqlı kompozisiya ilə Azərbaycan gəncinin mövqeyini dünyaya bəyan edəcəklər.
Qeyd edək ki, tədbir 19 yanvar tarixində saat 12.00-da Şəhidlər Xiyabanında keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB