Mehmet Əli Birand dünyadan köçdü

Mehmet Əli Birand dünyadan köçdü

Bu gün səhər saatlarında məşhur türk jurnalisti Mehmet Əli Birand öd kisəsi xəstəliyi diaqnozu ilə yatdığı xəstəxanada həyatını itirdi. SİA-nın türk mətbuatına istinadən xəbərinə görə, Birandın oğlu açıqlamasında atasının keçirdiyi əməliyyatdan sonra normal olduğunu deyib. Daha sonra ölümünə səbəb kimi M.Ə.Birandın beyin fəaliyyətinin dayanması ilə əlaqələndirib.

Mehmet Ali Birand kim idi? Qeyd edək ki, 1941-ci ildə İstanbulda dünyaya gələn Mehmet Əli Birand, Qalatasaray Liseyindən məzun olub. Jurnalistika həyatına 1964-ci ildən "Milliyyət" qəzetində başlayan Birand 32. Gün adlı proqramla böyük müvəffəqiyyət qazandı. Köşə yazarı, xəbər aparıcısı və proqram prodüseri M.Ə. Birand Kanal D Haber Qrupunun rəhbəri idi.

Bütün xəbərlər Facebook səhifəmizdə