Yalandan terrorçu...

Gəncə şəhər sakini Məmmədov Xəyal Mübariz oğlu polisə zəng edərək Mahrasa bağı qəsəbəsində 2 binaya bomba qoyması barədə məlumat verib. Gəncə şəhər Polis İdarəsindən SİA-nın bölgə müxbirinə verilən məlumata görə, əvvəlcə o, özünü Dağıstan Respublikasından gələn terrorçu kimi təqdim edib. Polis idarəsinin keçirdiyi əməliyyat axtarışından sonra məlum olub ki, bu informasiya yalandır.

Özünü yalandan terrorçu adlandıran şəxs artıq saxlanılıb. Onun barəsində həbs qətimkanı tədbiri seçilib.

İlham Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə