Yerli mətbuat orqanlarının bəzilərində 20 yanvar faciəsinin 23-cü ildönümü ilə əlaqədar Bakı Metropoliteninin gedişləri pulsuz edəcəyi barədə yazılar dərc olunmuşdu. Qurumdan SİA-ya evrilən məlumata görə, bu informasiya yanlışdır.
Bakı Metropolitenindən bildirilib ki, gediş- gəliş pulsuz olmayacaq. 20 Yanvar faciəsi ilə bağlı metronun bütün stansiyalarına qərənfillər düzüləcək. "20 yanvar" stansiyasında isə xüsusi hazırlıq işləri görüləcək. Bundan başqa, yanvarın 20-də saat 12:00 radələrində şəhidlərin xatirəsi anılacaq və qatarlar fit verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB