“20 yanvar” faciəsi dünya ictimaiyyətində birmənalı qarşılanmır
Bizi əzmkar edən səbəblər var

"Beynəlxalq mandatlı təşkilat olaraq Dünya Gənc Türk Yazarlar Birliyi Azərbaycan və digər türk toplumlarının təqvimlərində olan qara günləri yaradıcı şəkildə dünya ictimaiyyətinə çatdırır". Bunu SİA-ya açıqlamasında təşkilatın başqanı Əkbər Qoşalı deyib.

Onun sözlərinə görə, bu günlərlə bağlı olaraq dünya ölkələrinin bir çoxlarının aiddiyyəti qurumlarına elektron məktublar, açıqlamalar göndərilir, müvafiq tədbirlər təşkil olunur: "Doğrudur dünya ictimaiyyəti bunları birmənalı qarşılamır. Bəzən göndərdiyimiz elektron ünvanlar güclü virus hücumlarına məruz qalır. Bu əks reaksiya olsa belə, deməyə imkan verir ki, yazılarımıza bu və ya digər şəkildə baxılır. Biz yaradıcı insanları birləşdirən təşkilat olaraq bütün imkanlarımızdan istifadə edirik. Hesab edirəm ki, bütün bunlar bizi daha da əzmkar etməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə