Gənclər üçün Təhsil Mərkəzinin Regional ofisi açıldı FOTO

Gənclər üçün Təhsil Mərkəzinin Regional ofisi açıldı FOTO

Bu gün Gəncə şəhərində Gənclər üçün Təhsil Mərkəzinin yeni regional ofisinin açılış mərasimi keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbiri giriş sözü ilə açan ofisin rəhbəri Natella Əhmədova yeni məkanın açılması zərurəti haqqında çıxış edərək bidirib ki, ofis əsasən gənclərin inkişafı məqsədilə yaradılıb və burada gənclərin asudə vaxtının səmərəli təşkil etmək üçün hər bir şərait mövcuddur.

Mərkəzin katibliyinin rəhbəri Fariz Budaqov yeni ofisin açılışı münasibətilə gəncləri təbrik edərək, Gəncə şəhərində və ətraf rayonlarda gənclərin daha fəal olmasında maraqlı olduqlarını diqqətə çatdırıb. O bildirib ki, Mərkəz artıq 5 regional ofisi vasitəsilə gənclərin inkişafına yönəlmiş layihə və proqramlar icra edir.

Gəncə şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Əsgər Babazadə, Gənclər və İdman İdarəsinin rəisi Mikayıl Zeynalov və digər rəsmilər çıxış edərək, gənclərə hər zaman dəstək olacaqlarını bildiriblər.

Ofisdə həmçinin gənclər üçün kompyuter, internet, xarici dil kursları, maraq kursları, idman, mədəniyyət və s. klublar fəaliyyət göstərir.
Qeyd edək ki, 2 gün bundan öncə Mərkəz Ağcabədi rayonunda özünün Qarabağ Regional Ofisinin açılışını da edib.


Bütün xəbərlər Facebook səhifəmizdə