16 yanvar 2013-cü il tarixində Con Hopkins Universitetinin Paul Nitşe adına Ətraflı Beynəlxalq Tədqiqatlar Məktəbinin professoru və həmin fakültənin tərkibindəki Münaqişələrin İdarəedilməsi Proqramının Direktoru Filip Terrens Hopman (Philip Terrence Hopmann), həmin məktəbin professoru Vilyam Zartman (William Zartman) və tələbələrlə görüşü SAM-ın direktoru Fərhad Məmmədov açılış nitqi ilə başlayıb.
Görüşdə əsasən Ermənistan – Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ problemi və onun həlli yolları mövzuları müzakirə olunub.
Qeyd edək ki, qonaqların elmi tədqiqat mövzuları beynəlxalq silahlanma, münaqişələrin nizamlanması və danışıqlar prosesi, böhranların idarə edilməsi, etnik münaqişələr, Avropa Birliyi və Transatlantik əlaqələr, humanitar böhranlar və xilasetmə tədbirləri, beynəlxalq münasibətlər, NATO, nüvə silahlanması, sülh yaratma tədbirləri, strateji və təhlükəsizlik məsələləri, kütləvi qırğın silahları, sülhməramlı əməliyyatlar, terrorizm, sülh danışıqları və s. kimi mövzular olub.
Fərhad Məmmədovla yanaşı qonaqların suallarını SAM-ın Xarici siyasət məsələlərinin təhlili və İqtisadiyyatın Təhlili və Qloballaşma Məsələləri Şöbəsinin elmi işçiləri cavablandırıb.
Məlumat üçün bildirək ki, professor və tələbələrin Bakıda Azərbaycan Respublikası Prezident Administrasiyasında, Xarici İşlər Nazirliyində, Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyində, Azərbaycan Dillər Universitetində, Azərbaycan Diplomatik Akademiyasında və Ağdamda icra hakimi ilə bir sıra görüşləri nəzərdə tutulub. Daha sonra qonaqlar Gürcüstan və Ermənistana səfər edəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB