Pensiyaçıların 85 faizi pensiyalarını plastik kartlar vasitəsilə alır
Muxtar Respublikada pensiyaçıların 85 faizi pensiyalarını plastik kartlar vasitəsilə alır
Pensiyaların ödənişində plastik kart sisteminin tətbiqi sığorta-pensiya sistemində reallaşdırılan ən uğurlu islahat tədbirlərindən biridir. Bunun nəticəsidir ki, pensiyaların əhaliyə çatdırılmasında uzun illərdən bəri mövcud olan problemlər aradan qaldırılıb. 2005-ci ildən Naxçıvan Muxtar Respublikası ərazisində də pensiyaçıların pensiyalarının plastik kartlarla bankomatlar vasitəsilə ödənilməsinə başlanılıb.
SİA-nın Naxçıvan MR Dövlət Sosial Müdafiə Fondundan aldığı məlumata görə, muxtar respublika üzrə pensiyaçıların 44 min 283 nəfərinə, yaxud 85 faizinə pensiyaları plastik kartlar vasitəsilə ödənilir. Bu da ötən ilin müvafiq dövrünə nisbətən 7 min 765 nəfər, yaxud 21,3 faiz çoxdur. Bu iş pensiyaçıların könüllü müraciətləri əsasında aparılır. Müraciətlərin sayı isə hər ay artır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB