Qazax rayon İcra Hakimiyyətində çox sağlam, mehriban və işgüzar əhval-ruhiyyə hökm sürür
İcra Hakimiyyəti təkzib edir

Son günlər bəzi kütləvi informasiya vasitələrində güya Qazax rayon İcra Hakimiyyətində aparatın işçiləri arasında dava-dalaş və mübahisələrin baş verməsi ilə bağlı məlumatlar yayılıb. Bununla bağlı rayon İcra Hakimiyyətindən SİA-ya verilən açıqlamada bildirilib ki, bu yazılarda qeyd olunanlar heç bir əsası olmayan uydurma və tamamilə yalan məlumatlardır: "Rayon İcra Hakimiyyəti aparatında çox sağlam, mehriban və işgüzar əhval-ruhiyyə hökm sürür. Bu kimi məlumatları yayan insanların məqsədi sadəcə rayon İcra Hakimiyyətinin işgüzar nüfuzuna kölgə salmaq məqsədi daşımaqdan savayı bir şey deyil".

Bütün xəbərlər Facebook səhifəmizdə