Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlara müraciəti

Azərbaycan vətəndaşlarının beynəlxalq təşkilatlara müraciəti

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasət nəticəsində regionların sosial-iqtisadi inkişaf proqramı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində gördüyü işlər, NATO, AŞPA və s. nüfuzlu beynəlxalq təşkilatlarda göstərdiyi müsbət fəaliyyəti və dünya siyasətindəki, sülhməramlı mövqeyi ABŞ Dövlət Departamentinin hesabatında göstərilməmişdir.
Məhz Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dövlətinin iqtisadiyyatı günü-gündən güclənərək Bakı şəhərində və rayonlarında MDB dövlətləri və hətta Avropa dövlətləri arasında analoqu olmayan yaşayış binaları, tibb mərkəzləri və başqa infrastrukturlar tikilərək əhalinin istifadəsinə verilib.
Qaçqın və məcburi köçkün soydaşlarımıza diqqət və qayğını artırılır, onlar üçün yeni-yeni yaşayış qəsəbələri salınır, müasir tipli mənzillərlə təmin edilir. Qarabağ müharibəsi nəticəsində şəhid olmuş şəhid ailələri, müharibə və başqa əlillər pulsuz olaraq yeni tikilmiş mənzillərlə təmin edilib. Bu kimi işlər bu gün də davam etdirilir.
Təssüflər olsun ki, ABŞ Dövlət Departamenti bu vaxta kimi Azərbaycanda Qarabağ münaqişəsi zamanı doğma yurd-yuvasından didərgin düşmüş 100 minlərlə qaçqın və məcburi köçkün soydaşlarımızın pozulmuş hüquqlarına biganə yanaşaraq Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasətinə kölgə salmağa çalışır.
ABŞ Dövlət Departamentinin Azərbaycan dövlətininə qarşı ikilistandartla yanaşması xalqımızın haqqını tapdalamaq kimi dəyərləndirilir. Azərbaycan dövlətinin "Eurovision-2012" mahnı müsabiqəsinə və başqa neçə-neçə beynəlxalq nüfuzlu tədbirlərə ev sahiblik edərək, həmin tədbirləri analoji olmayan dərəcədə uğurla heç bir nöqsansız keçirmiş Azərbaycan dövlətinin adının Əfqanıstan, Sudan, Somali və digər korrupsioner, diktaturanın hökm sürdüyü dövlətlərlə yanaşı çəkilməsi biz vətəndaşları bərk narahat edir.
Azərbaycan vətəndaşları olaraq ABŞ Dövlət Departamentinin və başqa nüfuzlu beynəlxalq təşkilatların, Azərbaycan dövlətinə qarşı apardığı haqsızlığa son qoyulmasını tələb edirik.

Qarabağ müharibəsinin iştirakçısı Sərraf Orucov
Qarabağ müharibəsinin iştirakçısı Növrəstə Yusifova
Şəhid ailəsi Rövşən Ağamaliyev.
Məcburi köçkün Elşən Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə