İnternet jurnalistikası sahəsi üzrə Türkiyədə təcrübə keçirilib FOTO
Maarifçi Gənclər Təşkilatı ilə Gənclər və İdman Nazirliyi birlikdə "Internet Jurnalistika Klubu" adlı layihə həyata keçirir. Proqram çərçivəsində layihənin rəhbəri Ruhiyyə Aslanova və trener Günay Malikqızı 1 həftə ərzində internet jurnalistika sahəsi üzrə təcrübə toplamaq üçün Türkiyənin İstanbul şəhərində Türk Qəzetəçilər Birliyi və Cihan Holdinqə səfər ediblər.
Trener Günay Malikqızının SİA-ya veridiyi məlumata görə, Türk Qəzətəçilər Birliyinin genel sekretarı Zefer Atalay və Cihan Holdinqin Beynəlxalq yayım satış və Xəbər yayım satış mütəxəssisləri ilə görüşlər olub.
G. Malikqızı onu da qeyd edib ki, layihə 5 ay müddətində davam edəcək və müxtəlif ali məktəb müəssisələrində jurnalistika fakültəsində təhsil alan tələbələrə İnternet Jurnalistikası barədə təlimlər təşkil ediləcək.
.jpg)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB