Ordu cəmiyyətin yığcam bir modeli, media isə cəmiyyətin güzgüsüdür. Təəssüflər olsun ki, bəzi KİV-lər isə fərqli istiqamətdə fəaliyyət göstərərk Azərbaycan ordusu ilə bağlı yanlış informasiyalar yaymaq, orduya qara yaxmaq, kiçik bir faktı və ya hadisəni şişirtməklə ictimaiyyətdə yanlış fikir formalaşdırmaq istəyirlər. SİA-nın verdiyi məlumata görə bu fikirlər Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin "Ordu, media, cəmiyyət münasibətləri bu gün" mövzusunda keçirdiyi "dəyirmi masa"da səsləndirilib. Tədbirdə çıxış edən Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli deyib ki, Azərbaycan bütün sahələrdə illərdir ki, sürətlə inkişaf edir, o cümlədən ordu quruculuğu istiqamətində mühüm addımlar atılıb. Azərbaycan rəhbərliyi bu istiqamətdə məqsədyönlü siyasət aparır.
E.Həsənli bildirdi ki, Ceyhun Qubadovun vəfat etməsi Azərbaycanın hər bir vətəndaşını sarsıdıb: "Bu tək bir ailənin deyil, ümumilikdə dövlətin, millətin itkisidir. Ancaq bəzi qüvvələr bundan siyasi məqsədlər üçün istifadə edir və Azərbaycanın Silahlı Qüvvələrini gözdən salmaq istəyir. Dünyanın ən müasir orduları belə bu cür hadisələrdən sığortalanmayıb".
Dəyirmi masada iştirak edən millət vəkili Aydın Mirzəzadə çıxışında bildirdi ki, Ermənistan Azərbaycanla yarışda rəqabətə davam gətirə bilmir və hərbi əməliyyatlar başlayacağı tədqirdə Azərbaycana uduzacağı birmənalıdır: "Bu il Azərbaycan Ordusuna 3,7 milyard dollar vəsait ayrılacaq və bu, daha yeni silahların alınmasına, ordunun müdafiə qabiliyyətinin daha da gücləndirilməsinə və s. işlərə xərclənəcək. Bununla da Azərbaycan dövləti özünün müdafiə qabiliyyətini maksimum səviyyədə gücləndirəcək. Nazirlər Kabinetinin 2012-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında çıxışında cənab Prezident İlham Əliyev ordu ilə bağlı əhəmiyyətli məqamlara toxunub və bildirib ki, dövlət ölkənin müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə, ordunun qüdrətlənməsinə böyük diqqət yetirir. Azərbaycanın bu uğurları, hərbi qüdrəti ilə bağlı müxtəlif beynəlxalq təşkilatlar tez-tez yazılar verirlər və çox təəssüf ki, bunların arasında qarayaxmalar da olur. Onları diqqətlə araşdırdıqda arxasından Azərbaycana qarşı düşmən mövqedə olan erməni millətçi təşkilatlarının rolu olduğunu aydın görünür. Təqribən 2 həftə bundan əvvəl Ermənistan Prezidenti Serj Sarkisyan müsahibə verərkən Azərbaycanın hərbi qüdrətinin artması müqabilində Ermənistanın bu hərbi yükü çəkmək qabiliyyətində olmadığını və müharibə başlayarsa, Ermənistanın mütləq öz müttəfiqlərinə müracət edəcəyi ilə bağlı fikir səsləndirib".
Müdafiə Nazirliyinin Daşkəsən rayonundakı "N" saylı hərbi hissəsində əsgər Ceyhun Qubadovun ölümü faktına da toxunan millət vəkili bildirdi ki, bu böyük bir faciədir və bu hadisə hər birimizi sarsıdıb: "Bununla bağlı istintaq işi gedir və hesab edirəm ki, obyektiv nəticələr ilə yekunlaşacaq, günahkarlar cəzalandırılacaq. Lakin son 10 gün ərzində orduya qarşı müəyyən qüvvəllər ordunu gözdən salmaq üçün müxtəlif üsullardan istifadə edirlər. Həmin şəxslərin ordu ilə bağlı heç bir təsəvvürü yoxdur və bu hadisədən özlərinin siyasi maraqları üçün bir alət kimi istifadə edirlər".
Tədbirdə çıxış edən digər iştirakçılar da ordudakı ölüm hadisəsindən siyasi məqsədlər üçün istifadə edənləri pislədilər. Diqqətə çatdırdılar ki, ölkəmiz müharibə şəraitindədir və əsgərlərimizcəbhə xəttində düşmənlə üz-üzə dayanıb. Hansısa bir əsgərimiz şəhid olubsa və ya digər neqativ hallar baş verirsə ,media bundan qərəzli şəkildə faydalanıb dövləti və onun Silahlı Qüvvələrini bütövlükdə hədəfə almamalı, inam və etimad prinsiplərinə söykənərəık, bu barədə lazimi ölçü götürüləcəyi rəyini yaratmağa səy göstərməlidir. Sonda iştirakçılar Azərbaycan cəmiyyətini bu kimi çirkli kampaniyalara inanmamağa çağırdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB