Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən cənub-qərb küləyi əsəcək. SİA Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına əsasən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında havanın temperaturu gecə 2-4, gündüz 8-11 dərəcə isti təşkil edəcək.
Ölkənin rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Mülayim cənub-qərb küləyi gündüz dağlıq ərazilərdə güclənəcək.
Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 1 dərəcəyək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 5-10, yüksək dağlıq ərazilərdə 15-17 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB