Bu gün Təxris olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən "Ordu, media və cəmiyyət münasibətləri" mövzusunda dəyirmi masa təşkil olunub. SİA-nın xəbərinə görə, tədbirdə Millət vəkili Aydın Mirzəzadə, Silahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli, ordudan təxris olunmuş hərbçilər və müxtəlif media nümayəndəli iştirak edir.
Tədbir iştirakçıları qeyd edib ki, ordu cəmiyyətin yığcam bir modelidir. Ordu toplumun müxtəlif xüsusiyyətlərini özündə daşıdığı kimi media da bütün bunları özündə əks etdirir. Medianı həmçinin cəmiyyətin güzgüsü adlandırırlar.
O, eyni zamanda cəmiyyətin özünün tanınmasında və dəyərləndirilməsində mühüm rol oynayır. Media həm orduya, həm ümumi cəmiyyətə, həm də dövlətə münasibətində müəyyən prinsiplərə əsaslanaraq öz yanaşmasını ortaya qoyur. Amma silahlı qüvvələrin elə xüsusiyyətləri var ki, onlar orduya xüsusi yanaşmanı zərurətə çevirir. Media da bu baxımdan istisna sayıla bilməz.
Təəssüflər olsun ki, bəzi KİV-də xeyli fərqli istiqamətdə fəaliyyətlər aşkarlanır. Bəzən müəyyən mətbu orqanların və ictimai qurumların əsas işi Azərbaycan ordusu ilə bağlı yanlış informasiyalar yaymaq, orduya qarayaxmaq, kiçik bir faktı, hər hansı hadisəni şişirtməklə ictimaiyyətdə yanlış fikir formalaşdırmaq kimi təəssürat oyadır.
Müharibə şəraitində olan bir ölkənin mətbu orqanlarında gedən belə məlumatlar, orduya yönəlik neqativ yazılar, yayılan çaşdırıcı xəbərlər öz ziyanımıza işləyir.
Elvin Abdulqədirov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB