Bakıda Biznes Forum keçirilir

Bu gün Bakıda Azərbaycan - Sloveniya Biznes Forumu keçirilir. Tədbir Sloveniyanın baş naziri Yanez Yanşinin səfəri çərçivəsində təşkil olunub. SİA-nın xəbərinə görə, formun işində sənaye, energetika, turizm, tikinti, səhiyyə, təhsil və s. sahələrdə fəaliyyət göstərən Azərbaycan və Sloveniya şirkətlərinin təmsilçiləri iştirak edir.

Məlumat üçün bildirək ki, son 5 ildə dövlət və hökumət başçılarının iştirakı ilə Bakı və paytaxt Lyublyanada ikitərəfli işgüzar səfərlər keçirilib.

2012-ci ilin 11 ayında Azərbaycanın Sloveniyadan idxalı $5,5 mln olub. Bu 2011-ci ilin eyni dövründəkindən 33% azdır. Azərbaycan bu ölkəyə $18 min məbləğində mal göndərib.

Qeyd edək ki, forum Azərbaycan İxrac və İnvestisiyaların Təşviqi Fondunun dəstəyi ilə keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə