Nazirlikdə 20 Yanvar hadisələri yad edildi

Nazirlikdə 20 Yanvar hadisələri yad edildi

Bu gün Kənd Təsərrüfatı Nazirliyində "20 Yanvar" faciəsinin 23-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.İlk öncə toplantı iştirakçıları 20 Yanvar faciəsi şəhidlərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

SİA-nın məlumatına görə, nazir müavini Aslan Aslanov yığıncağı açaraq Azərbaycanın müstəqilliyi, öz milli azadlığı uğrunda şəhid olanların yaxınlarına və əzizlərinə başsağlığı verib, həlak olanların şəhidlik zirvəsinə qalxmasını qəhrəmanlıq simvolu kimi qiymətləndirib.

O 20 Yanvar hadisəsinə ilk olaraq ulu öndər Heydər Əliyevin münasibət bildirdiyini və məhz ulu öndərimizin hakimiyyətə qayıdışından sonra 20 Yanvar faciəsinə tam siyasi-hüquqi qiymət verildiiyini söyləyib. A.Aslanov ümummilli lider Heydər Əliyev və möhtərəm prezidentimiz İlham Əliyev ilə birlikdə həyatlarını təhlükə qarşısında qoyaraq 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək öz həmvətənləri və xarici jurnalistlər qarşısında – izdihamlı iclasda çıxış edərək bu ağır günlərdə heç yerdən kömək almayan doğma xalqı ilə birgə olduğunu nümayiş etdirdiyini və bu hadisəni hüquqa, demokratiyaya və humanizmə zidd addım kimi dəyərləndirdiyini toplantı iştirakçılarının nəzərinə çatdırıb.

Nazir müavini Ümummilli Lider Heydər Əliyevin layiqli davamçısı Prezidentimiz İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərdiyi qayğı və diqqəti qeyd edib, möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycanın dünyada güclü bir dövlət kimi tanıdıldığını, yüksək iqtisadi göstəricilərə və hərbi potensiala malik olan bir ölkə kimi inkişaf etdiyini və hər zaman azərbaycan xalqının Dağlıq Qarabağ problemini həll etmək iqtidarında olmasını vurğulayıb.

Toplantıda çıxış edən digər natiqlər Vətənin azadlığı və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini həmişə ehtiramla yad edəcəklərini söyləyivlər.

A.Aslanov çıxışının sonunda 20 Yanvar faciəsi şəhidlərinin azərbaycan xalqının qəlbində əbədi yaşayacağını diqqətə çatdırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə