Asim Mollazadə: "Ermənistan təzminat ödəməyə məcbur edilməlidir"

Asim Mollazadə: "Ermənistan təzminat ödəməyə məcbur edilməlidir"

Azərbaycanın işğal olunmuş ərazilərində heç bir şirkət beynəlxalq hüquq normalarını pozaraq fəaliyyət göstərə bilməz. Bunu SİA-ya açıqlamsında Demokratik İslahatlar Partiyasının sədri (DİP), millət vəkili Asim Mollazadə Ermənistanın Kəlbəcərdəki qızıl yataqlarının istismarına dair məsələyə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, Azərbaycan Kəlbəcər yatağının istismarı ilə bağlı dəfələrlə beynəlxalq təşkilatlara müraciət edib: "Ancaq Azərbaycan bu məsləni dünya ictimaiyyətinə çatdırmaq üçün daha çox işlər görməlidir. Həmçinin, dəymiş ziyanın ödənilməsi ilə bağlı işlər genişləndirilməli və Ermənistan təzminat ödəməyə məcbur edilməlidir".

Bütün xəbərlər Facebook səhifəmizdə