"Qeyri-iş günlərinin sayı balanslaşdırılmalıdır"

"Qeyri-iş günlərinin sayı balanslaşdırılmalıdır"

Ümumiyyətlə, bayram günləri qeyri-iş günlərindən biri olduğu üçün həm müsbət, həm də mənfi tərəfləri vardır. Bunu SİA-ya iqtisadçı-ekspert Vüqar Bayramlı qeyri-iş günlərinin ölkə iqitsadiyyatına mənfi təsir göstərməsi amilinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bunun müsbət cəhəti ondan ibarətdir ki, qeyri-iş günlərinin sayının çox olması insanlara müəyyən mənada istirahət etmək hüququ verir və öz işlərini planlaşdırmaqda yardımçı olur: "Mənfi tərəfi isə odur ki, insanların bir həftə ərzində evdə qalmaları sonda tənbəlliyə, iş rejimindən təcrid olunmalarına səbəb olur. Hesab edirəm ki, iqtisadiyyatın tutumu baxımından qeyri-iş günlərinin sayı balanslaşdırılsa daha məqsədəuyğun olardı. Bununla belə təbii ki, bütün ölkələrdə bayram və qeyri-iş günləri olur".

Bütün xəbərlər Facebook səhifəmizdə