Norveçli nümayəndələr SAM-ın qonağı olub

Norveçli nümayəndələr SAM-ın qonağı olub

Bu gün Norveç Krallığının Azərbaycandakı səfiri Erlinq Şönsberq və Norveç Krallığı Xarici İşlər Nazirliyinin Avrasiya Enerji Məsələləri üzrə baş müşaviri Olav Berstad SAM-ın qonağı olublar. Qurumdan SİA-ya verilən məlumata görə, SAM-ın direktor müavini Gülşən Paşayeva, Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimov, İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin elmi işçiləri Gülmira Rzayeva və Şahmar Hacıyev qonaqlarla fikir mübadiləsi aparıb, onları maraqlandıran suallara cavab veribər.

Qeyd edək ki, görüşdə Avrasiyada Enerji layihələri və onların siyasi və iqtisadi əhəmiyyəti, Norveç–Azərbaycan münasibətlərinin inkişaf perspektivləri müzakirə olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə