Naxçıvan şəhərində fəaliyyət göstərən bütün uşaq bağçaları müasir binalarda yerləşir. Naxçıvan şəhərində 10 nömrəli uşaq bağçasının yeni binasının istifadəyə verilməsi isə bu istiqamətdə həyata keçirilən tədbirlərin davamıdır. SİA-nın məlumatına görə, müasir memarlıq üslubunda inşa olunmuş zirzəmi ilə birlikdə 4 mərtəbəli 242 yerlik binada lazımi şərait yaradılıb, müxtəlif yaş qruplarından olan uşaqlar üçün ayrıca otaqlar istifadəyə verilib. Binada hər qrup üzrə ayrıca yataq və oyun otaqları, tədbirlər və şənliklər zalı, tibb otağı, metodiki kabinə, mətbəx, camaşırxana, dərzi, valideyn və iş otaqları vardır. 11 qrupun fəaliyyət göstərdiyi uşaq bağçasında 242 uşağın təlim-tərbiyəsi ilə 21 tərbiyəçi müəllim məşğul olur.
Qeyd edək ki, yaradılan şərait uşaqların yüksək sosial-mənəvi mühitdə böyüməsinə, onların təlim-tərbiyəsinin, ilkin təhsilinin müasir səviyyədə təşkil olunmasına imkan verəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB