Espen Bart Eide: "Status-kvo qəbuledilməzdir"
Ermənistan qarşı tərəfə yönələn təxribat xarakterli hərəkətlərə əl atmamalıdır. Bunu Bakıda səfərdə olan Norveçin xarici işlər naziri Espen Bart Eide azərbaycanlı həmkarı Elmar Məmmədyarovla birgə brifinqdə deyib.
O deyib ki, Xocalı aeroportu ilə bağlı məsələyə dair rəsmi Oslonun mövqeyi bəllidir: "Biz İrəvana bildirmişik ki, bu aeroport vasitəsi ilə uşuşların həyata keçirilməsini pisləyirik. Ermənistan qarşı tərəfə yönələn təxribat xarakterli hərəkətlərə əl atmamalıdır".
XİN rəhbəri Norveçin Dağlıq Qarabağ məsələsində Minsk qrupunun səylərini dəstəklədiyini və status-kvo qəbuledilməz olduğunu vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB