Əsgər Ceyhun Qubadovun ölümü bütün ölkəni sarsıdıb. Uşaqdan böyüyə kimi hər kəs bu məsələdən danışır.
Məsələ o qədər həssaslıq daşıyır ki, artıq əsgər ölümüylə bağlı fikir söyləyəndə bir hərf səhvi edən insan belə ictimaiyyətin qınaq obyektinə çevrilir.
Belə olan halda Azərbaycan dövlətinə, xalqına qənim kəsilən Xədicə İsmayılova adlı şəxs "facebook" profilində əsgər Ceyhun Qubadovun anasını aşağılayan status yazıb. Xarici havadarlarının, rəhbərlərinin yanında cəfakeş görünmək istəyən "xanım" bu haqda yazıb: "Oğlunun meyiti üzərində bazarlıq etməyən anaya ehtiyacı var bu məmləkətin".
Yuxarıda Xədicə İsmayılovaya dırnaqarası xanım yazmağım heç də təsadüfi deyil. Çünki Ceyhunun anası Samirə Qubadovayla ona eyni statusu verməyi təhqir hesab edirəm.
Bu ana gözünün ağı-qarası olan 18 yaşlı övladını itirib. Bu ana yetimçiliklə böyütdüyü övladının ölüm xəbərinin şokundan hələ də ayılmayıb. Samirə xanımın bu günlərdə nə deməsindən, kimi müdafiə etməsindən asılı olmayaraq biz onun yanında olmayıq. Çünki o, həyatının ən çətin anlarını yaşayır və həyatının sonuna qədər də yaşayacaq.
Xədicə İsmayılovanın Samirə ananı təhqir etməsinin səbəbi odur ki, o, sabah gənclərin aksiya keçirməsini istəmir. Bu onun doğal haqqı deyilmi? Onsuz da siz də məndən yaxşı bilirsiniz ki, heç bir aksiya, heç bir mitinq Ceyhunu bizə qaytarmayacaq.
Əgər bu qədər qayğıkeşsinizsə, doğrudan onu düşünürsünüzsə, o zaman avropalı himayədarlarınızdan 5-10 manat qrant alıb, aparıb Ceyhunun ailəsinə verin, ona belə yardımınız dəysin. Ancaq əminəm ki, onlar sizə pul versələr belə, bunu əsgərimizin ailəsinə verməyəcəksiniz. Necə ki, bir neçə ay öncə İrandakı həmyerlilərimiz üçün pul yığıb, sonra o pulu yediniz. Əslində, bu fakt sizin xislətinizi tam olaraq ortaya qoyur.
Bütün bunlar bir yana, siz heç Ceyhunun ailəsinə mənəvi dəstək də vermədiniz, onların yanında olmadınız, acısını paylaşmadınız. İndi siz deyin, Samirə ana kimə güvəməlidir, sizə, yoxsa dövlətimizə? Əlbəttə ki, Ceyhunun ailəsinin bu gün tək gözləntisi, tək dayağı Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan prezidentidir. Əgər Samirə xanımın da Xədicə İsmayılova kimi Avropada havadarları, sponsorları olsaydı, bəlkə də, o, başqa cür danışardı. Ancaq o, sıravi Azərbaycan vətəndaşıdır və onun tək güvənc yeri də Azərbaycan dövlətidir.
Üzümü Xədicə İsmayılovaya tutaraq deyirəm: Siz heç analıq hissinin, övlad itkisinin nə olduğunu bilirsinizmi? Siz heç bu günə qədər belə günlər yaşamısınızmı? Əlbəttə, yaşamamasınız, heç yaşaya da bilməzsiniz. Çünki sizin üçün həyatda ali olan heç nə qalmayıb artıq. Sizin üçün həyatda dəyər deyilən şey yoxdur artıq. Siz bütün bunları Azərbaycanı satarkən itirmisiniz.
Əgər özünüzə hörmət etmirsinizsə, əsgərin anasına, yaxınlarına hörmət edin. Dünən Ceyhunun dəfn mərasimində sizin heç biriniz yox idiniz. Dünən heç biriniz bu gün təhqir etdiyiniz anaya dəstək vermirdiniz. Əksinə, siz onun yetim övladının şəklini "fotoşop"layıb, millət vəkilləriylə müqayisə edib, siyasi divident qazanmağa çalışırdınız.
Sonda qeyd etmək istəyirəm ki, Xədicə kimilər bu ölkədə hər zaman olub və hər zaman da olacaq. Bu insanları Azərbaycan xalqı çox gözəl tanıyır və onların hansı yuvanın quşu olduğunu da hamı bilir. Bu adamların həyatda bir məqsədi var: Azərbaycanın adına ləkə gətirmək, ölkəmizi aşağılamaq, dövlətimizi parçalamaq. Ancaq əmin olun ki, siz bu niyyətinizə heç bir zaman çatmayacaqsınız. Çünki xalqımız hər zaman dövlətimizin yanında olduğunu sübut edib.
İnsanların faciəsi üzərindən siyasi şou yaradanlar, unutmayın ki, bu faciə hər birinizin başına gələ bilər. Və bir şeyi də unutmayın ki, o zaman sizin yanınızda bu gün aşağıladığınız, təhqir etdiyiniz Samirə ana və onun kimi milyonlarla insan olacaq. Əgər vicdanınız varsa, bu haqda da bir az düşünün və özünüzü Ceyhunun anasının yerinə qoyun...
Hacıbəy Heydərli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB